az rus en
ƏDVIYYAT VƏ ƏLAVƏLƏR


        Bu istiqamətdə növbəti addım ədviyyatları qablaşdırma xəttinin quraşdırılması oldu. Bundan ötrü biz adviyyatın ən yaxşı sortlarını Cənu b və Cənub-Şərqi Asiyadn (Vyetnam, Indoneziya,Tayland və s.) alırıq.

Bu gündə bizim çeşiddə 9 növ ədviyyat vardır:

QARA İSTİOT
Qara istiot şorbalarda, souslarda, bütün növ ətlərə və ət məhsullarına, savoy kələminə, lobyaya, noxuda, mərciyə, duzlu kələmə, turşuya qoyulmuş tərəvəzlərə, yumurtadan, pendirdən, balıqdan hazırlanmış xörəklərə və s. əlavə olunur.

ƏTİRLİ İSTİOT
Pudinqlərin, bisvitlərin, piroqların və meyvə kompotlarının hazırlanmasında istifadə olunur. O ətin, xüsusi ilə qoyun ətinin, sousların, balığın və balıq salatlarının, turşuların, quş ətinin, xiyar və başqa tərəvəz turşularının dadını yaxşılaşdırır.

QIRMIZI İSTİOT
Tomat və balıq suplarına, qülyaşa, souslara, lobyaya, kəkəmə, düyüyə, ət məhsullarına və salatlara əlavə olunur. Bütün növ ət və balıq xörəklərinin hazırlanmasında istifadə olunur.

SARIKÖK
Supların, qaynadılmış yumurtanın, sousların, salatların, dəniz xərçənglərinin və dəniz ilbizlərinin bişirilməsində istifadə olunur. Eyni zamanda xardala, sirkəyə qoyulmuş xiyar və digər tərəvəzlərə əlavə olunur.

DARÇIN
Meyvə suplarına, kompotlara, pudinqlərə, meyvə ruletlərinə, piroqlara, süddən olan içkilərə, likorlara, punşlara, isidilmiş şəraba əlavə olunur. Eyni zamanda quş, qaz, ördək, balıq, mal və donuz ətlərindən hazırlanan qiymələrə əlavə olunur.

MİXƏK
Likorların, isti şərabların, punşların, meyvə şirələrinin, kompotların hazırlanmasında istifadə olunur. O, duza qoyulmuş kələmin, donuz və qoyun ətinin,

CÖVÜZ
Cövüz şokoladı piroqların və kekslərin, müxtəlif şiriniyyat və peçenyelərin hazırlanmasında, armud mürəbbəsi və meyvə kompotlarında istifadə olunur. Bəzi aşbazlar onu bulyonlara, şorbalara, paştetlərə və təzə tərəvəzlərə əlavə edirlər. Ondan az miqdarda alma ruletlərinin, meyvəli torların, dondurmaların və qaymaqların hazırlanmasında da istifadə olunur.

ZİRƏ
Adi zirə güclü ədviyyat olub, çox kəskin iyə və dada malikdir. Bütöv və döyülmüş şəkildə istifadə olunur. Bütöv halda zirə, xəmirdən hazırlanan məmulatlarda istifadə olunur. Hamçinin qırmızı çuğundura, təzə və duza qoyulmuş kələmlərə, kartofa, şorbalara, salatlara, pendirlərə, kolbasalara, bütün növ yağlı ətlərə, kəsmiklərə, balıqlara, xərçənglərə, köklərə, və göbələk şorbalarına əlavə olunur.


KARRİ

     Bu klassik ədviyyat hind və şərq mətbəxin də hazırlanan yeməklərdə geniş istifadə olunur. Ədviyyat original garışığı ət yeməklərinə, xüsusən də toyuq yeməklərinə xüsusi şirin-kəskin dad verir.
     Adətən ədviyyatı tərəvəz və düyü yeməklərə xarakterik sarı rəng və aromat verir.
     Tərkibi: kəskin istiot cili, sarı kök, xardal, qara istiot, karri yarpağı, keşniş, tumu, mixək, zəncəfil, pojatnik tumu.

NUŞETA

     Şorba, ət və balıq yeməklərinə əla tərəvəz əlavəsidir.
     Hazırlanma qaydaları: bir çay qaşıqı (3q.) ¼ I. Bişmış ətə əlavə olunur və 5 dəq. Bişirlir. Lazım olsa duz əlavə etməli. Tərkibi: duz, tərəvəzlər, (kök, kəraviz, soğan, jəfəri), qara istiot, şəkər, zülallı hidrolizləşdirici, dad və iy gücləndiricisi (qlukamat natrium E 621). Ərzaqi guru, temperaturu 20 C qədər olan yerdə saxlamaq lazımdır.